Mərakeş, ABŞ və İsrail səlahiyyətliləri Rabatda Birgə Bəyannaməyə imza atıblar.
“Report”un məlumatına görə, bu barədə “Maghreb Arabe Press” agentliyi xəbər verib.
Qeyd olunub ki, sənədi Mərakeşin Baş naziri Saad əd-Din əl-Osmani, ABŞ prezidentinin baş məsləhətçisi və kürəkəni Cared Kuşner və İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben-Şabbat imzalayıblar.
Sənəddə deyilir ki, Amerika Birləşmiş Ştatları Mərakeşin bütün Qərbi Saxara üzərindəki suverenliyini tanıyır və Mərakeşin muxtariyyət üçün ciddi, inandırıcı, real təklifini Qərbi Saxardakı mübahisələrin ədalətli və davamlı həlli üçün yeganə əsas kimi dəstəklədiyini təsdiqləyir.
“Bu məqsədə doğru irəliləməni asanlaşdırmaq üçün ABŞ, Qərbi Saxara da daxil olmaqla Mərakeşlə iqtisadi və sosial inkişafı təşviq edəcək, bu məqsədlə bölgənin iqtisadi və ticarət imkanlarını inkişaf etdirmək üçün Daxla şəhərində konsulluq açacaq”