ABŞ Nigerin paytaxtındakı bazadan qoşunlarının çıxarılmasını başa çatdırıb

ABŞ Nigerin paytaxtındakı bazadan qoşunlarının çıxarılmasını başa çatdırıb ABŞ Nigerin paytaxtı Niameydəki bazadan hərbi personalın çıxarılmasını başa çatdırıb.
Digər ölkələr
8 İyul , 2024 07:29
ABŞ Nigerin paytaxtındakı bazadan qoşunlarının çıxarılmasını başa çatdırıb

ABŞ Nigerin paytaxtı Niameydəki bazadan hərbi personalın çıxarılmasını başa çatdırıb.

“Report” xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

“Amerika qüvvələrinin və texnikasının 101-ci Hərbi Hava Bazasından çıxarılması başa çatıb”, – məlumatda bildirilib.

Bundan əlavə, sentyabrın ortalarına qədər Pentaqon öz əsgərlərini Nigerin şimalındakı Aqades şəhərindən çıxarmalıdır. Qeyd olunub ki, 766 amerikalı hərbçi artıq Nigeri tərk edib.

Son xəbərlər

Orphus sistemi