ABŞ Nikaraquaya qarşı sanksiya tətbiq edib

ABŞ Nikaraquaya qarşı sanksiya tətbiq edib ABŞ prezidenti Co Bayden Nikaraqua hökumətinə qarşı sanksiya tətbiq edilməsi barədə fərman imzalayıb.
Digər ölkələr
10 Noyabr , 2021 23:22
ABŞ Nikaraquaya qarşı sanksiya tətbiq edib
0 : 00
0 : 00

ABŞ prezidenti Co Bayden Nikaraqua hökumətinə qarşı sanksiya tətbiq edilməsi barədə fərman imzalayıb.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Fərmanla Latın Amerikası ölkəsinin hakimiyyət orqanlarının çoxtərəfli bank strukturlarından kreditlərə çıxışı məhdudlaşdırılır.

Qeyd edək ki, ötən həftə Ağ Ev Nikaraquada keçirilən prezident və parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edərək, prezident Daniel Orteqanın rejiminə qarşı iqtisadi və diplomatik təzyiqləri davam etdirəcəyi ilə bağlı məlumat yaymışdı.

Son xəbərlər

Orphus sistemi