ABŞ-nin Ədliyyə Nazirliyi Trampa qarşı federal işi başa çatdırıb

ABŞ-nin Ədliyyə Nazirliyi Trampa qarşı federal işi başa çatdırıb ABŞ-nin Ədliyyə Nazirliyi yeni seçilmiş prezident Donald Trampa qarşı bütün federal işlərə xitam verib.
Digər ölkələr
26 Noyabr , 2024 05:42
ABŞ-nin Ədliyyə Nazirliyi Trampa qarşı federal işi başa çatdırıb

ABŞ-nin Ədliyyə Nazirliyi yeni seçilmiş prezident Donald Trampa qarşı bütün federal işlərə xitam verib.

“Report”un məlumatına görə, bu barədə Respublikaçılar Partiyasının keçid komandasının kommunikasiyalar üzrə direktoru Stiven Çun bildirib.

O, bu qərarı “qanunun aliliyi üçün böyük qələbə” adlandırıb.

"Ədliyyə Nazirliyinin bugünkü qərarı Prezident Trampa qarşı konstitusiyaya zidd federal işlərə son qoyur", - Çun vurğulayıb.

O əlavə edib ki, Tramp və tərəfdarları ədalətdən siyasi istifadəyə dərhal son qoymağa çalışır, ölkənin birləşməsinə ümid edirlər.

Xatırladaq ki, cinayət işləri arasında Kapitoliyə hücum hadisəsi də var.

Son xəbərlər

Orphus sistemi