İraqın Ərbil Beynəlxalq Hava Limanı ərazisində yerləşən ABŞ hərbi bazasına pilotsuz uçuş aparatının hücumu nəticəsində bir neçə nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəsmi nümayəndəsi general Yəhya Rəsul məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində bir neçə insan tələfatı var. Bundan başqa, hava limanının fəaliyyəti də pozulub ki, bu da mülki uçuşların cədvəlinə təsir edib. Rəsul hadisəni terror aktı adlandırıb.