Ötən ilin oktyabrın 17-dən etibarən ABŞ-nin İraq və Suriyadakı bazalarına edilən hücumların sayı 130-a çatıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder brifinqdə bildirib.
"Hücumların ümumi sayı bu günə qədər 130-dur. Bu hücumlardan 53-ü İraqdakı Amerika bazalarına, 77-si Suriyadakı bazalara edilib”, - o qeyd edib.
Rayder Yəmən husi üsyançılarının Qırmızı dənizdə gəmilərə hücumlarının sayının ötən ilin noyabrın 19-dan 27-yə yüksəldiyini təsdiqləyib.