ABŞ İranın nüvə proqramı üzrə Əhatəli Razılaşma Planını bərpa etmək istiqamətində danışıqlar aparmaq üçün yenidən Vyanaya qayıtmağa hazırdır.
“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
Onun sözlərinə görə, Vaşinqton Tehrandan anoloji addım atmağı gözləyir:
“İranın yeni prezidentinə mesajımız, sələflərinə olan mesajla eynidir. Çox sadədir: Birləşmiş Ştatlar milli təhlükəsizliyini və tərəfdaşlarının mənafelərini müdafiə edəcək. Ümid edirik ki, İran indi diplomatik qərarlar qəbul etmək fürsətindən istifadə edəcək. Öz tərəfimizdən, danışıqları bərpa etmək üçün Vyanaya qayıtmağa hazır olduğumuzu açıq şəkildə bildirdik. İranı tezliklə danışıqlara qayıtmağa çağırırıq”.