ABŞ-ın paytaxtı Vaşinqtonda hüquq-mühafizə orqanlarının əməkdaşları Federal Təhlükəsizlik Xidməti ilə birlikdə Əmək Nazirliyinin binasında şübhəli paketin aşkarlanması ilə əlaqədar araşdırma aparırlar.
“Report” xəbər verir ki, bu barədə polisin nümayəndəsi “RİA Novosti”yə məlumat verib.
"Şübhəli paketlə əlaqədar olaraq (ABŞ Əmək Nazirliyinin binasında-red.) Federal Təhlükəsizlik Xidmətinə kömək edir, araşdırma aparırıq", - polisin nümayəndəsi deyib.
Daha əvvəl “Axios” portalı Kapitoli polisinin ABŞ Əmək Nazirliyində partlayış təhlükəsi ilə əlaqədar Vaşinqtonda bir çox yolları bağladığını bildirmişdi.