ABŞ Prezidenti Co Bayden Əfqanıstanda “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra qadın hüquqları ilə bağlı vəziyyətdən danışıb.
“Report” TASS-a istinadən xəbər verir ki, ABŞ Prezidenti ölkəsinin bunun üçün hərbi vasitələrə əl atmasını qeyri-rasional adlandırıb.
“Qadın hüquqlarını hərbi yollarla qorumaq rasional deyil. Bunun üçün iqtisadi, diplomatik və beynəlxalq təzyiq vasitələrindən istifadə etmək lazımdır”, - Bayden bəyan edib.