Amerika tarixçiləri sabiq dövlət başçısı Donald Trampı ölkənin bütün tarixi üçün ən pis prezidentlərdən biri adlandırıblar.
“Report” xəbər verir ki, bu barədə “C-SPAN” telekanalının keçirdiyi tədqiqatlar zamanı məlum olub.
Tarixçilər onun mənəvi keyfiyyətlərini və inzibati bacarığını xüsusilə aşağı qiymətləndiriblər.
2000-ci ildən indiyə kimi dördüncü dəfə tərtib olunan reytinq siyahısı üzərində ABŞ-ın 142 tarixçisi işləyib. Son reytinq siyahısına əsasən Tramp 44 nəfər arasında 41-ci yeri tutub.
Ən yaxşı prezidentlər siyahısında ilk üçlüyə Birləşmiş Ştatlarda quldarlığı ləğv etmiş və vətəndaş müharibəsinin qalibi olmuş Avram Linkoln, ABŞ dövlətinin qurucusu Corc Vaşinqton və ötən əsrdə ölkəni iqtisadi sarıntılardan xilas etmiş Franklin Ruzvelt daxildir. Sabiq prezident Con Kennedi siyahıda səkkizinci yer tutub, reytinq siyahısında onu respublikaçı prezident Ronald Reyqan izləyir.
ABŞ tarixinin ilk qaradərili rəhbəri, 44-cü prezident Barak Obama siyahıdakı onluğu bağlayır. Demokrat Bill Klinton siyahıda 19-cu, Corc Buş (kiçik) 21-ci, respublikaçı Riçard Nikson 31-ci olub.