ABŞ prezidenti Cozef Bayden çıxışı zamanı yanında dayanan Birləşmiş Ştatların müdafiə naziri Lloyd Ostinin adını unudub.
“Report” xəbər verir ki, bunu “The Sun”ın yaydığı videokadrlar nümayiş əks etdirir.
Hadisə Baydenin öz çıxışını ABŞ ordusundakı qadın hərbçilərə həsr edərkən baş verib. Pentaqon başçısı Lloyd Ostin prezidentdən bir neçə metr məsafədə dayanıb, amma buna baxmayaraq, siyasətçi nə onun, nə də nazirliyin adını xatırlaya bilib.
"Mən həmçinin kat... keçmiş generala təşəkkür etmək istəyirəm. Mən onu general adlandırmağa davam edirəm, amma bu şəxs, kim o idarənin başında dayanır", - translyasiya zamanı prezident deyib.