ABŞ hökuməti Qərbin sanksiyaları ilə əlaqədar rusiyalı sahibkarların üzərinə həbs qoyulmuş aktivlərini geri qaytarmaq niyyətində deyil.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Vaşinqton İqtisadiyyat Klubunda çıxışı zamanı bildirib.
“Məqsədimiz onları geri qaytarmaq deyil, onlardan daha yaxşı istifadə etməkdir”, - Amerika liderinin müşaviri deyib.