ABŞ rusiyalı oliqarxın hesabındakı 5,3 milyard dolları müsadirə edə bilər

ABŞ rusiyalı oliqarxın hesabındakı 5,3 milyard dolları müsadirə edə bilər Nyu-York federal prokurorluğu rusiyalı oliqarx Konstantin Malofeyevin hesabında olan 5,3 milyard dollardan çox vəsaiti müsadirə etmək niyyətindədir.
Digər ölkələr
17 İyun , 2022 06:56
ABŞ rusiyalı oliqarxın hesabındakı 5,3 milyard dolları müsadirə edə bilər

ABŞ-ın Nyu-York federal prokurorluğu rusiyalı oliqarx Konstantin Malofeyevin hesabında olan 5,3 milyard dollardan çox vəsaiti müsadirə etmək niyyətindədir.

“Report” bu barədə “RBC-Ukraina”ya istinadən xəbər verir.

Malofeyev Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı sanksiya siyahısına salınıb. Aprel ayından kommersiya bankı və oliqarxla əlaqəli 40-dan çox fiziki və hüquqi şəxsdən ibarət şəbəkə sanksiyalarla üzləşib.

Vaşinqton hesab edir ki, Malofeyev Rusiya hökumətinin maraqları naminə və ya onun adından hərəkət edib.

Son xəbərlər

Orphus sistemi