ABŞ Konqresinin Senatı Birləşmiş Ştatların Rusiya Federasiyasındakı keçmiş səfiri Uilyam Bernsi Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə təsdiq edib.
“Report” xəbər verir ki, bu barədə Senatın mətbuat xidməti bildirib. Məlumata görə, Bernsin namizədliyi yekdilliklə bəyənilib. O, yaxın vaxtlarda and içəcək.
Berns 2005-ci ildən 2008-ci ilə qədər Moskvada səfir işləyib. O, 2011-2014-cü illərdə ABŞ-ın dövlət katibinin birinci müavini vəzifəsini icra edib, son illər Karneqi Fondunun prezidenti idi.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əvvəlki direktoru Cina Haspel yanvarın 19-da vəzifəsindən istefa verib. Haspel 2018-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinə başçılıq etmiş ilk qadın olub.