ABŞ şənbə günü (21 noyabr – Red) B-52H strateji bombardmançılarını Yaxın Şərqə yerləşdirib.
“Report” xəbər verir ki, bu barədə məlumatı ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı yayıb.
Qeyd olunub ki, Şimali Dakotadakı Maino Hava Qüvvələri Bazasında yerləşdirilən “B-52H Stratofortress” ekipajları təcavüzkarlığı dayandırmaq, eyni zamanda ABŞ-ın tərəfdaşlarına və müttəfiqlərinə dəstəyini təsdiqləmək üçün 21 noyabrda qısa müddətdə Yaxın Şərqə uçub.
Komandanlığa görə uçuş fasiləsiz olub və Amerika Hərbi Hava Qüvvələrinin öz qüvvələrini dünyanın istənilən nöqtəsinə sürətlə köçürmək və əməliyyatların gedişatına inteqrasiya etmə qabiliyyətini nümayiş etdirmək məqsədi daşıyıb.