ABŞ “SWIFT”in Rusiya analoqundan istifadəyə görə sanksiyalar tətbiq edəcək

ABŞ “SWIFT”in Rusiya analoqundan istifadəyə görə sanksiyalar tətbiq edəcək ABŞ Xəzinədarlığı SWIFT-in Rusiya analoqu olan Rusiya Mərkəzi Bankının maliyyə mesajlarının ötürülməsi sistemlərindən (SPFS) istifadə ediləcəyi təqdirdə sanksiya riskləri barədə xəbərdarlıq edib.
Digər ölkələr
22 Noyabr , 2024 02:20
ABŞ “SWIFT”in Rusiya analoqundan istifadəyə görə sanksiyalar tətbiq edəcək

ABŞ Xəzinədarlığı SWIFT-in Rusiya analoqu olan Rusiya Mərkəzi Bankının maliyyə mesajlarının ötürülməsi sistemlərindən (SPFS) istifadə ediləcəyi təqdirdə sanksiya riskləri barədə xəbərdarlıq edib.

“Report” xəbər verir ki, müvafiq bəyanat ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilib.

Qeyd olunub ki, xarici maliyyə institutları SPFS-ə qoşulmuş qurumlarla münasibətlərində ehtiyatlı olmalıdırlar, çünki belə banklar Rusiya sanksiyalarından yan keçmək üçün kanal ola bilər.

ABŞ-ın belə addımlar atan maliyyə qurumlarına daha aqressiv təsir göstərməyə hazır olduğu vurğulanıb.

Son xəbərlər

Orphus sistemi