Birləşmiş Ştatlar ən yaxın perspektivdə “Taliban” radikal hərəkatı nümayəndələrini Əfqanıstanın yeni rəhbərləri kimi tanımağa hazırlaşmır.
“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden Uilminqtonda (Delaver ştatı) istirahət günlərini keçirib Ağ Evə qayıdarkən deyib.
Ağ Evdə jurnalistlər dövlət başçısından ABŞ-ın Əfqanıstanda “taliblər”in hakimiyyətini tanımağa hazırlaşması barədə soruşublar. "Yox. Bu hələ çox uzaqdadır", - Bayden cavabında deyib.