ABŞ Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardm paketini elan edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, paketə HIMARS döyüş sursatları və PUA-lar daxildir.
Məlumata görə, silahlar birbaşa istehsalçılardan sifariş olunacaq.