Rəsmi Vaşinqton yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketi ayıracaq.
“Report” xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild dünya təşkilatının Təhlükəsizlik Şurasının Ukraynaya həsr olunmuş iclasında bildirib.
“Biz Ukraynaya dəstəyimizi artıracağıq və yaxın günlərdə hərbi yardımın yeni partiyasını elan edəcəyik”, - deyə o bildirib.
Onun sözlərinə görə, növbəti hərbi yardım paketinə hava hücumundan müdafiə vasitələri və zirehli texnikalar daxil olacaq.