Avropa İttifaqı və ABŞ noyabr ayında Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək iqlim sammitində qlobal metan emissiyalarını azaltmaq üçün birgə təşəbbüslə çıxış edəcək.
"Report"un "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu təşəbbüsün dəstəklənməsi qlobal metan emissiyalarının 2020-ci ilə nisbətən 2030-cu ilə qədər azı 30 % azaltmağa kömək edəcək.
Bu, eyni zamanda metan emissiyalarını ölçmək üçün mövcud olan ən yaxşı texnikalardan istifadədir. Qeyd olunur ki, bu cür öhdəliklərin yerinə yetirilməsi 2050-ci ilə qədər istiləşməni azı 0,2 dərəcə azaldacaq.
İqlim və Təmiz Hava Koalisiyası (CCAC) və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) görə, bu məqsədə çatmaq 200 mindən çox erkən ölümün qarşısını ala bilər.