Bayden BƏƏ lideri ilə Yaxın Şərqdəki son hadisələri müzakirə edib

Bayden BƏƏ lideri ilə Yaxın Şərqdəki son hadisələri müzakirə edib ABŞ Prezidenti Cozef Bayden və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyan telefon danışığında Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər.
Digər ölkələr
12 Oktyabr , 2023 06:26
Bayden BƏƏ lideri ilə Yaxın Şərqdəki son hadisələri müzakirə edib

ABŞ Prezidenti Cozef Bayden və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyan telefon danışığında Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə WAM agentliyi məlumat yayıb.

Prezidentlər Yaxın Şərqdəki son hadisələri, regional təhlükəsizlik və sabitliyi ciddi şəkildə təhdid edən zorakılığın qarşısını almaq səylərini nəzərdən keçiriblər.

Hər iki tərəf mülki əhalinin müdafiəsinə təcili üstünlük verilməsinin və Qəzza zolağına humanitar yardımın çatdırılması üçün təhlükəsiz dəhlizlərin açılmasının vacibliyini vurğulayıb. ABŞ və BƏƏ prezidentləri dözümlülük və gərginliyin dərhal azaldılmasına çağırışda beynəlxalq koordinasiyanın vacibliyini vurğulayıblar. Hər iki lider Yaxın Şərqdə sülh, sabitlik və təhlükəsizliyə nail olmaq üçün siyasi perspektivləri genişləndirmək üçün çalışmağın zəruriliyini qeyd ediblər.

Söhbət zamanı BƏƏ ilə ABŞ-ın sıx strateji tərəfdaşlıq və dostluq münasibətləri, həmçinin ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi