ABŞ dövlət katibi Entoni Blinken Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Fransanın xarici işlər naziri Jan-İv Le Drianla görüşüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat yayıb.
Görüş zamanı Rusiya ilə diplomatik əməkdaşlıq, habelə Ukraynaya müdaxilə halında Qərbin potensial sanksiyaları müzakirə edilib.
İki ölkənin xarici işlər nazirləri NATO müttəfiqləri, Böyük Yeddiliyin (G7) üzvləri və digər tərəfdaşların böhrana cavab olaraq davam edən diplomatik və çəkindirmə səyləri barədə fikir mübadiləsi aparıblar.
Diplomatlar Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha vurğulayıblar.