ABŞ hərbçiləri daxil olmaqla NATO qüvvələri Əfqanıstanın Pərvan əyalətinin Baqram şəhərindəki aviabazanı tərk edib.
“Report” TAAS-a istinadən xəbər verir ki, bu barədə iyulun 2-də ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb.
“Koalisiya qüvvələrinin hamısı Baqramı tərk edib”, - nazirlikdən bildirilib.
Lakin aviabazanın Əfqanıstan Silahlı Qüvvələrinin istifadəsinə veriləcəyi tarix açıqlanmayıb.
Qeyd edək ki, ABŞ başda olmaqla NATO bu ilin mayından qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb. Rəsmi Vaşinqton bu prosesi 2021-ci il il sentyabrın 11-dək başa çatdırmağı planlaşdırır.