ABŞ yenidən Kubanı terrorizmin sponsoru olan ölkələr siyahısına saldı

ABŞ yenidən Kubanı terrorizmin sponsoru olan ölkələr siyahısına saldı ABŞ-ın hazırkı prezidenti Donald Tramp administrasiyası yenidən Kubanı Vaşinqtonun versiyasına görə, beynəlxalq terrorizmə dəstək verən dövlətlərin siyahısına daxil edib.
Digər ölkələr
12 Yanvar , 2021 00:20
ABŞ yenidən Kubanı terrorizmin sponsoru olan ölkələr siyahısına saldı

ABŞ-ın hazırkı prezidenti Donald Tramp administrasiyası yenidən Kubanı Vaşinqtonun versiyası üzrə beynəlxalq terrorizmə dəstək verən dövlətlərin siyahısına salıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeonun bəyanatında bildirilir.

“Dövlət Departamenti terrorçulara sığınacaq verərək beynəlxalq terror aktlarına dəfələrlə yardım etdiyinə görə Kubanı terrorizmi dəstəkləyən dövlətlər siyahısına daxil etdi", - sənəddə bildirilir.

“Bu hərəkətlə bir daha Kuba hökumətini məsuliyyətli olmağa çağıracağıq və açıq xəbərdarlıq göndərəcəyik: Kuba rejimi terrorizmə verdiyi dəstəyə və Amerika ədalətinə zərbə vurmağa son qoymalıdır", - Maykl Pompeonun bəyanatında qeyd edilir.

Son xəbərlər

Orphus sistemi