“Aegean Airlines” aviaşirkəti İsrailə və əks istiqamətdə bütün uçuşları qeyri-müəyyən müddətə ləğv etdiyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə aviaşirkətin bəyanatında deyilir.
Qeyd olunub ki, ən azı üç gün ərzində Təl-Əvivdən Afinaya və əks istiqamətdə bütün reyslər təxirə salınıb.
Uçuşların ləğvinə səbəb isə Yaxın Şərqdə baş verən son narahatedici hadisələrdir.