Afrika ölkələrində COVID-19-a yoluxanların sayı son 24 saat ərzində daha 9886 nəfər artaraq 4.608.607 nəfərə, ölənlərin sayı da 317 nəfər artaraq 123.611 nəfərə çatıb.
“Report” xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının regional bürosunun verdiyi məlumata görə, regionda 4,1 milyon nəfərdən artığı koronavirusdan sağalıb.
Koronavirusun fəsadları baxımından birinci yerdə müvafiq olaraq 1.590.370 nəfər yoluxan və 54.820 nəfər ölənlə Cənubi Afrika Respublikasıdır. Sonrakı yerlərdə 513.016 nəfər yoluxan və 9046 nəfər ölən olduğu Mərakeş, 234.015 nəfər yoluxan və 13.714 nəfər ölən olduğu Misir qərarlaşıb.
Böyük Səhradan cənubda yerləşən ölkələr arasında 260.802 nəfər yoluxan və 3822 ölənlə Efiopiya, 165.313 yoluxan və 2065 ölənlə Nigeriya, 162.098 yoluxan və 2850 ölənlə Keniya var.