Baydenlə Makron arasında Ukrayna mövzusunda üçüncü telefon danışığı olacaq

Baydenlə Makron arasında Ukrayna mövzusunda üçüncü telefon danışığı olacaq ABŞ Prezidenti Cozef Bayden yaxın vaxtlarda fransalı həmkarı Emmanuel Makronla Ukrayna ətrafındakı vəziyyətlə bağlı yenidən danışıqlar aparacaq.
Digər ölkələr
9 Fevral , 2022 08:25
Baydenlə Makron arasında Ukrayna mövzusunda üçüncü telefon danışığı olacaq

ABŞ Prezidenti Cozef Bayden yaxın vaxtlarda fransalı həmkarı Emmanuel Makronla Ukrayna ətrafındakı vəziyyətlə bağlı yenidən danışıqlar aparacaq.

“Report”un xarici mətbuata istinadən məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

"Bayden və Makron son bir həftə ərzində iki dəfə danışdılar və mən onların yeni təmaslarının tezliklə baş tutacağını gözləyirəm", - Psaki deyib.

O əlavə edib ki, ABŞ və Fransa müxtəlif səviyyələrdə əlaqələr saxlayır.

Bundan əvvəl Makron amerikalı həmkarı ilə Rusiyanın Ukrayna ilə sərhədlərdə hərbi qüvvələrini davam etdirməsi iddiasına cavab olaraq məhdudlaşdırma tədbirlərini müzakirə edib.

Bayden və Makron daha əvvəl də telefon danışığı aparıb. Liderlər Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi