Ağ Evdən qalmaqallı açıqlama: “Qəzzada daimi atəşkəsin tərəfdarı deyilik”

Ağ Evdən qalmaqallı açıqlama: “Qəzzada daimi atəşkəsin tərəfdarı deyilik” Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Qəzzada davamlı atəşkəsi dəstəkləmədiklərini, lakin “humanitar fasilənin” uzadılmasını istədiklərini bildirib.
Digər ölkələr
1 Dekabr , 2023 01:50
Ağ Evdən qalmaqallı açıqlama: “Qəzzada daimi atəşkəsin tərəfdarı deyilik”

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Qəzzada davamlı atəşkəsi dəstəkləmədiklərini, lakin “humanitar fasilənin” uzadılmasını istədiklərini bildirib.

“Report” xəbər verir ki, bu barədə Con Kirbi Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.

O, İsrail və HƏMAS arasındakı münaqişədə “humanitar pauza”dan danışıb. Ağ Ev rəsmisi Qəzzada davamlı atəşkəsi dəstəkləmədiklərini, lakin 7 günlük "humanitar fasilənin" 8, 9, 10 gün və sonra da uzadılmasını görmək istədiklərini açıqlayıb.

Qərbi Qüdsün girişində israillilərə qarşı silahlı hücumun Qəzzada "humanitar fasiləyə" təsir edib-etməyəcəyi sualına isə Kirbi şiddətin razılaşmanın uzadılmasına təsir edəcəyini düşünmədiyini bildirib.

Kirbi bildirib ki, son nəticədə İsrail və HƏMAS-ın bu razılaşmanın uzadılması ilə bağlı parametrləri razılaşdırmalıdırlar. O, ABŞ-ın “humanitar fasilənin” uzadılmasını dəstəkləyəcəyini bildirib.

Kirbi, Qəzza sakinlərinə daha çox qida, su, dərman və yanacaq çatdırmaq üçün son bir həftədə görülən işlərin diqqətdən kənarda qalmamasının lazım olduğunu və "humanitar fasilənin" uzadılması üçün çox çalışdıqlarını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi