Ağ Evin mətbuat katibi Cen Psaki 2022-ci ildə vəzifəsini tərk etmək niyyətindədir.
Bu barədə “Report” “Mediaite”yə istinadən xəbər verir.
Məlumata görə, o, əvvəlcə təxminən 1 il və ya həmin müddətə bu vəzifədə qalmağı planlaşdırıb.
Bu halda Psaki qeyd edib ki, “qorxmur”, əksinə, bu çətinliyi və bir insan olaraq mətbuat katibi olaraq üzərinə götürməli olduğu məsuliyyəti “bəyənir”.
Psakinin Co Baydenin və Kamala Harrisin keçid komandasına qoşulması ötən ilin noyabrında məlum olub. O, bir qədər sonra Ağ Evin mətbuat katibi təyin edilib.
Psaki 2009-cu ildən 2011-ci ilə qədər, həmçinin 2013-cü ilin fevralından 2015-ci ilə qədər ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin başçısı olub. O, həmçinin 2015-ci ildən 2017-ci ilə qədər ABŞ-ın o zamankı prezidenti Barak Obamanın kommunikasiyalar üzrə köməkçisi vəzifəsini tutub.