Avropa İttifaqı bəyan edib ki, Belarus Ukraynadakı münaqişə vəziyyətinə görə həmtəcavüzkardır.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Aİ-nin bəyanatında Ukraynada baş verənlərin beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması olduğu, Avropa və dünya təhlükəsizliyi və sabitliyinə xələl gətirdiyi deyilir.
“BMT Baş Assambleyasının ötən həftə qəbul etdiyi qətnamə beynəlxalq ictimaiyyətin Rusiyanın təcavüzkar müharibəsinə qarşı həmrəy olduğunu göstərdi. Rusiya Belarusdakı Lukaşenko rejiminin həmtəcavüzkar kimi iştirakı ilə birlikdə insan tələfatına, xəsarət almaya və dağıntılara görə tam məsuliyyət daşıyır”, - Aİ-nin bəyanatında vurğulanır.