"Avropa İttifaqı (Aİ) ölkələri liderlərinin Rusiya Bankının dondurulmuş aktivlərindən vəsaitlərin Ukraynaya dəstək üçün yönəldilməsi ilə bağlı müzakirələrə yeni təkan verəcəyi gözlənilir".
"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Financial Times”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu məsələnin həllində irəliləyiş əldə etmək üçün güclü siyasi maraq var.
Xatırladaq ki, Aİ-nin məlumatına görə, ittifaqa üzv olan ölkələr Rusiya Mərkəzi Bankının 300 milyard avroluq və rusiyalı iş adamlarının isə, təxminən, 20 milyard avroluq aktivlərini dondurub.