Aİ: Gürcüstanın təşkilata üzv olması kriteriyalara cavab verməsindən asılıdır

Aİ: Gürcüstanın təşkilata üzv olması kriteriyalara cavab verməsindən asılıdır Aİ Gürcüstanın Avropa İttifaqına doğru irəliləyişinin Gürcüstanın üzvlük kriteriyalarına cavab verməsindəki uğurundan asılı olacağını vurğulayıb.
Digər ölkələr
21 Fevral , 2024 16:06
Aİ: Gürcüstanın təşkilata üzv olması kriteriyalara cavab verməsindən asılıdır

Avropa İttifaqı (Aİ) Gürcüstanın təşkilata doğru irəliləyişinin onun üzvlük kriteriyalarına cavab verməsindən asılı olacağını vurğulayıb.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.

Bildirilib ki, Avropa Komissiyasının müəyyən etdiyi şərtlərin yerinə yetirilməsi vacibdir.

Dezinformasiya, Aİ əleyhinə ritorika və xarici informasiya manipulyasiyası və müdaxiləsi ilə mübarizənin vacibliyini vurğulayan Aİ Gürcüstanı bu mövzuda əhəmiyyətli addımlar atmağa çağırıb.

Qeyd edək ki, ötən gün Brüsseldə Aİ-Gürcüstan Assosiasiya Şurasının 8-ci iclası keçirilib.

Son xəbərlər

Orphus sistemi