Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketinin layihəsi 144 fiziki şəxsə, o cümlədən tanınmış şəxslərə, teleaparıcılara və bloggerlərə qarşı tədbirləri nəzərdə tutur.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “EUobserver” portalı məlumat yayıb.
Bildirilib ki, yeni paketə REN TV və “TV-Novosti” də daxil olmaqla, Rusiyanın 5 şirkətinin rəhbərlərinə qarşı sanksiyalar daxil edilə bilər.