Aİ-nin sammitində Türkiyədə zəlzələ qurbanlarının xatirəsi yad edilib

Aİ-nin sammitində Türkiyədə zəlzələ qurbanlarının xatirəsi yad edilib Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı (Aİ) liderlərinin sammiti işə başlayıb.
Digər ölkələr
9 Fevral , 2023 14:49
Aİ-nin sammitində Türkiyədə zəlzələ qurbanlarının xatirəsi yad edilib

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı (Aİ) liderlərinin sammiti işə başlayıb.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.

Sammit Türkiyə və Suriyada zəlzələ qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açılıb.

“Fikirlərimiz yas tutan ailələr və hələ də xəbər gözləyənlərlədir. Aİ tam həmrəylik nümayiş etdirir”, - Ş.Mişelin paylaşımında qeyd edilib.

Xatırladaq ki, Aİ sammitinin iştirakçıları Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ukraynanı dəstəkləməyin ən yaxşı yolunu müzakirə edəcəklər.

Bundan başqa, sammit çərçivəsində həmçinin rəqabət qabiliyyətinin və vahid bazarın gücləndirilməsi ilə bağlı müzakirələr aparılacaq.

Son xəbərlər

Orphus sistemi