Avropa İttifaqı (Aİ) ölkələrinin daimi nümayəndələri Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə iclasın gündəliyində qeyd olunub.
Sənədə əsasən, müzakirələr noyabrın 27-də baş tutacaq.
Daha əvvəl Aİ institutlarının rəhbərləri Brüsselin Rusiyaya qarşı 15-ci sanksiya paketinin hazırlanmasına başladığını bildirmişdilər.