Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Josep Borel Brüsseldə Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovo Baş naziri Albin Kurti ilə görüşüb.
“Report” xəbər verir ki, o, bu barədə “X”də yazıb.
J.Borel tərəfləri əlaqələri normallaşdırmaq üçün addımlar atmağa çağırıb.
Aİ rəsmisi bildirib ki, bunun üçün məsuliyyətli davranmaq lazımdır.