Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı neft sanksiyalarından yan keçməyə çalışan gəmilərin öz limanlarına girişini qadağan edəcək.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Agentliyin məlumatına görə, Aİ sənədlərinə əsasən, bu, Rusiya əleyhinə sanksiyaların 11-ci paketinin bir hissəsi olacaq.
“Neftin daşınması ilə sanksiyaları pozmaqda şübhəli bilinən gəmilərin Avropa limanlarına daxil olması qadağan edilməlidir”, - sənəddə deyilir.