Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Serbiya Prezidenti Aleksandr Vuçiçi və Kosovonun Baş naziri Albin Kurtini avqustun 18-də Brüsselə səfərə dəvət edib.
“Report” xəbər verir ki, bu barədə J.Borrell tviter səhifəsində yazıb.
“Mən Serbiya Prezidenti Aleksandr Vuçiçi və Kosovonun Baş naziri Albin Kurtini avqustun 18-də Priştina və Belqrad arasında gələcək fəaliyyətləri müzakirə etmək üçün Brüsselə dəvət edirəm”, - paylaşımda deyilir.