Aİ Şurası Xorvatiyanın Avrozonaya daxil olmasını təsdiqləyib

Aİ Şurası Xorvatiyanın Avrozonaya daxil olmasını təsdiqləyib Avropa İttifaqı (Aİ) Şurası iqtisadiyyat və maliyyə nazirləri səviyyəsində Xorvatiyanın 2023-cü il yanvarın 1-dən Avrozonaya daxil olması ilə bağlı qərarı təsdiqləyib.
Digər ölkələr
12 İyul , 2022 16:40
Aİ Şurası Xorvatiyanın Avrozonaya daxil olmasını təsdiqləyib

Avropa İttifaqı (Aİ) Şurası iqtisadiyyat və maliyyə nazirləri səviyyəsində Xorvatiyanın 2023-cü il yanvarın 1-dən Avrozonaya daxil olması ilə bağlı qərarı təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Aİ Şurası zəruri hüquqi aktları qəbul edib. Xorvatiya Aİ-nin Avrozonaya daxil olan 20-ci ölkəsi olacaq”, - sənəddə deyilir.

Bundan əvvəl bu qərar iyunun 24-də Aİ sammitində və iyulun 5-də Avropa Parlamentində təsdiqlənmişdi.

Son xəbərlər

Orphus sistemi