Böyük Britaniya və Avropa İttifaqının (Aİ) səlahiyyətliləri “Brexit” razılaşmasından sonra sərbəst ticarət sazişi barədə razılığa gələ bilməyiblər.
“Report”un məlumatına görə, bu barədə Avropa İttifaqının “Brexit” danışıqları üzrə baş müzakirəçisi Mişel Barnye özünün tvitter səhifəsində yazıb.
Onun sözlərinə görə, sazişə dair məsləhətləşmələr dayandırılıb və danışıqların gələcəyi barədə qərarı Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə Britaniyanın baş naziri Boris Conson verəcəklər.
Mişel Barnye balıqçılıq, ticarət qaydaları və dövlət tənzimləməsi sahələrində ciddi fikir ayrılıqlarının olduğunu vurğulayıb.