AK miqrasiya probleminin həlli üçün daha 110 milyon avro ayırmağa hazırdır

AK miqrasiya probleminin həlli üçün daha 110 milyon avro ayırmağa hazırdır Avropa Komissiyası (AK) miqrasiya ilə bağlı problemlərin həlli üçün 2023-cü ildə əlavə 110 milyon avro ayırmağa hazırdır.
Digər ölkələr
21 Mart , 2023 09:44
AK miqrasiya probleminin həlli üçün daha 110 milyon avro ayırmağa hazırdır

Avropa Komissiyası (AK) miqrasiya ilə bağlı problemlərin həlli üçün 2023-cü ildə əlavə 110 milyon avro ayırmağa hazırdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin martın 23-24-də Brüsseldə keçiriləcək Avropa İttifaqının (Aİ) sammiti ərəfəsində təşkilata üzv dövlət və hökumət başçılarına göndərdiyi məktubda deyilir.

“Kalabriya sahillərində baş verən dəhşətli gəmi qəzası gecikmədən hərəkətə keçməyin vacib olduğunu xatırladıb. Bununla bağlı ədalətli qərar yalnız bütün Avropada balanslı yanaşma ilə mümkündür”, - o qeyd edib.

Ursula fon der Lyayenin sözlərinə görə, miqrasiya ilə bağlı artan təzyiq nəzərə alınaraq, Avropa Komissiyası miqrantların qaçaqmalçılığı ilə mübarizə daxil olmaqla, artıq ayrılmış 208 milyon avroya əlavə olaraq 2023-cü ildə Şimali Afrikadakı layihələr üçün əlavə 110 milyon avro ayırmağa hazırdır.

Son xəbərlər

Orphus sistemi