Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib ki, Ukrayna ehtiyac duyduğu silahları, xüsusən də döyüş tanklarını almalıdır.
“Report” xəbər verir ki, bu barədə o, Almaniyanın “Bild” qəzetinə bildirib.
Onun sözlərinə görə, Ukrayna özünü qorumaq üçün nəyə ehtiyacı olduğunu dəqiq bilir:
“Əgər onlar döyüş tanklarına ehtiyac duyduqlarını deyirlərsə, biz bunu ciddi qəbul etməli və onları təchiz etməliyik. Mən Avropa ölkələrinin Ukraynaya həqiqətən lazım olanı göndərməsinin tərəfdarıyam”.
Qeyd edək ki, Ukrayna Almaniyadan hücum silahları, xüsusən də “Leopard” tankları almaq istəyir, lakin Berlin hələ ki, bununla razılaşmayıb.