“Avropada enerji ilə bağlı vəziyyət pisləşir və qitənin böyük bir hissəsində tam xaos yaranır”.
“Report” xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib.
Onun sözlərinə görə, hazırda Serbiyada statistik səhvdən 500 ev təsərrüfatı istisna olmaqla hamının elektrik enerjisi var:
“Hamını elektrik enerjisi ilə təmin edə bilmişik, şəbəkə dayanıqlıdır. Bir az sakitləşə bilərik, baxmayaraq ki, tam xaos Avropanın əhəmiyyətli bir hissəsində təzəcə gəlməyə başlayır”.
Serbiya prezidenti bildirib ki, ölkədə enerji böhranı, o cümlədən Azərbaycan və İrandan alınan mazut hesabına aradan qaldırılıb.