Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri kritik infrastruktur obyektində baş verən yanğınla əlaqədardır.
“Report” xəbər verir ki, bu barədə Kiyev regional hərbi administrasiyasının rəhbəri Aleksey Kuleba teleqramda məlumat verib.
“Təxminən səhər saat 6 radələrində partlayış səsləri eşidilib. Kritik infrastruktur obyektlərindən birində yanğın baş verib”, - o bildirib.
Onun sözlərinə görə, ilkin məlumata görə, yanğın nəticəsində xəsarət alan yoxdur.