Almaniya Britaniyanı koronavirus mutasiyalarının yayılma zonası elan edib

Almaniya Britaniyanı koronavirus mutasiyalarının yayılma zonası elan edib Almaniya hökuməti koronavirusun “omikron” ştamına görə Böyük Britaniyanı dekabrın 20-dən etibarən COVID-19 mutasiyalarının geniş yayıldığı ölkələr və bölgələr siyahısına əlavə edir.
Digər ölkələr
19 Dekabr , 2021 03:36
Almaniya Britaniyanı koronavirus mutasiyalarının yayılma zonası elan edib

Almaniya hökuməti koronavirusun “omikron” ştamına görə Böyük Britaniyanı dekabrın 20-dən etibarən COVID-19 mutasiyalarının geniş yayıldığı ölkələr və bölgələr siyahısına əlavə edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə virusologiya üzrə ixtisaslaşmış Robert Kox İnstitutu (Almaniya Federativ Respublikasının Səhiyyə Nazirliyinin tabeliyindədir-red) məlumat yayıb.

Praktikada mutasiyaların yayılma zonaları siyahısına daxil edilmə əhəmiyyətli səyahət məhdudiyyətlərinə səbəb olur. Böyük Britaniyadan Almaniyaya gələn hər kəs peyvənd edilmiş və ya xəstə olmasından asılı olmayaraq 14 günlük karantinə getməyə məcbur olacaq.

İndi belə ölkələrin siyahısına bəzi Afrika dövlətləri - Botsvana, Zimbabve, Lesoto, Malavi, Mozambik, Namibiya, Esvatini, Cənubi Afrika Respublikası daxildir. Böyük Britaniya siyahıya bazar ertəsi əlavə olunacaq.

Qeyd edək ki, Böyük Britaniyada “omikron” ştammına 24,9 min yoluxma halı aşkarlanıb. Onlardan da 10 mini son 24 saat ərzində qeydə alınıb. Koronavirusun bu variantından bir ölüm faktı da məlumdur. Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi bildirib ki, Londonda yeni koronavirusa yoluxma hallarının təxminən 83%-i “omikron” ştamındandır.

Kox İnstitutu bu həftə “omikron” ştammının yayılmasının Almaniyada koronavirusla bağlı vəziyyəti gərginləşdirməyə təhdid etməsindən narahatlığını bildirib.

Son xəbərlər

Orphus sistemi