Almaniya Kiyevə “Patriot” və “Gepard” qurğularını verəcək

Almaniya Kiyevə “Patriot” və “Gepard” qurğularını verəcək Almaniya artıq dekabrda Ukraynaya “Patriot” raket buraxılış qurğuları və “Gepard” özüyeriyən zenit qurğuları verəcək.
Digər ölkələr
2 Dekabr , 2024 20:41
Almaniya Kiyevə “Patriot” və “Gepard” qurğularını verəcək

Almaniya artıq dekabrda Ukraynaya “Patriot” raket-buraxılış və “Gepard” özüyeriyən zenit qurğuları verəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dekabrda Ukraynaya, həmçinin təchizatı artıq elan edilmiş iki ədəd “IRIS-T” hava hücumundan müdafiə sistemi də veriləcək.

Şolts qeyd edib ki, 2025-ci ildə də Ukraynaya yeni silahlar, o cümlədən hava hücumundan müdafiə sistemləri, haubitsalar, hücum və kəşfiyyat pilotsuz uçuş aparatları, artilleriya mərmiləri, həmçinin 6 ədəd “Sea King” helikopteri də veriləcək.

Daha əvvəl Şolts son 2 ildə ilk dəfə Kiyevə elan olunmamış səfərlə gəlib. O, “X” sosial şəbəkəsində yazıb ki, dekabrda Berlinin Ukraynaya 650 milyon avro dəyərində silah tədarük etmək planları barədə Zelenskiyə məlumat verəcək.

Son xəbərlər

Orphus sistemi