Almaniya Ukraynaya AIM-9L raketləri verəcək

Almaniya Ukraynaya AIM-9L raketləri verəcək Almaniya təxminən bir ay sonra Ukraynaya veriləcək silahların siyahısını yeniləyib.
Digər ölkələr
18 Oktyabr , 2024 01:56
Almaniya Ukraynaya AIM-9L raketləri verəcək

Almaniya təxminən bir ay sonra Ukraynaya veriləcək silahların siyahısını yeniləyib.

"Report" xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinə hərbi yardımın siyahısı federal hökumətin saytında dərc olunub.

Yeni paketə bir IRIS-T SLM və IRIS-T SLS hava hücumundan müdafiə sistemi, səkkiz “Leopard 1A5” tankı, 20 “Marder” piyada döyüş maşını və onun döyüş sursatları, “Sea Sparrow” idarə olunan raketləri, 6 “Panzerhaubitze”, 2 min özüyeriyən artilleriya daxildir.

Bununla yanaşı, AIM-9L idarə olunan raketləri, 4 min hücum dronları və 361 “Songbird” kəşfiyyat PUA-ları, iki TRML-4D radar stansiyası, 42 min 40 mm-lik mərmilər və qış geyimləri də siyahıda yer alıb.

Son xəbərlər

Orphus sistemi