“Biz tezliklə Türkiyəyə yardım göndərəcəyik”.
“Report” xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok tviterdə yazıb.
“Türkiyədən və Suriyadan dəhşətli xəbərlərlə oyandıq. Fikirlərim bu dəhşətli zəlzələ qurbanlarının yaxınları və ailələrilədir”, - o bildirib.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.