Almaniya XİN: "Əlirza Əkbərinin edamı İran rejiminin növbəti qeyri-insani hərəkətidir”

Almaniya XİN: "Əlirza Əkbərinin edamı İran rejiminin növbəti qeyri-insani hərəkətidir” “Müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbərinin edam edilməsi İran rejiminin növbəti qeyri-insani hərəkətidir”.
Digər ölkələr
14 Yanvar , 2023 15:16
Almaniya XİN: Əlirza Əkbərinin edamı İran rejiminin növbəti qeyri-insani hərəkətidir”

“İranın müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbərinin edam edilməsi İran rejiminin növbəti qeyri-insani hərəkətidir”.

“Report” xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Beerbok tviterdə yazıb.

O bildirib ki, Almaniya bu məsələdə Böyük Britaniya ilə koordinasiyalı davranacaq: “Biz britaniyalı dostlarımızın yanındayıq. Rejimə qarşı hərəkətlərimizi və İran xalqına dəstəyimizi əlaqələndirməyə davam edəcəyik”.

Qeyd edək ki, Ə.Əkbəri İran Milli Təhlükəsizlik Şurasının hazırkı katibi, 1997-2005-ci illərdə müdafiə naziri işləmiş Əli Şəmxaninin müavini işləyib. O, 1961-ci ilin sentyabrında anadan olub. Britanya-İran ikili vətəndaşlığı var. 2005-2020-ci illərdə Britaniyada yaşayıb, Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq həbs edilib. Sonradan girov qarşılığında sərbəst buraxılmışdı. İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib. Məhkəmə Əlirza Əkbərini Böyük Britaniyaya casusluqda günahlandıraraq barəsində edam hökmü çıxarıb.

İranın Məhkəmə Sistemi onun edam olunduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi