KİV: Almaniyada atışma olub, hücümü törətməkdə şübhəli bilinən şəxs ölü tapılıb

KİV: Almaniyada atışma olub, hücümü törətməkdə şübhəli bilinən şəxs ölü tapılıb Almaniyanın Hamburq şəhərində atışma olub.
Digər ölkələr
10 Mart , 2023 03:14
KİV: Almaniyada atışma olub, hücümü törətməkdə şübhəli bilinən şəxs ölü tapılıb

Almaniyada ölü tapılan 7-ci nəfərin silahlı hücumu törətməkdə şübhəli bilinən şəxs olduğu güman edilir.

“Report” “Bild”ə istinadən xəbər verir ki, bu qənaətə yerli polis gəlib, lakin bu hələlik təsdiqlənməyib.

Polis nümayəndəsinin sözlərinə görə, hazırda cinayətkarın gizləndiyinə dair heç bir dəlil yoxdur.

“Hazırda durum sakitləşib”, - polis rəsmisi vurğulayıb.

Hadisə yerinə gələn polisin atəş açmadığı qeyd olunub.  

02:22

Almaniyanın Hamburq şəhərinin Alsterdorf rayonunda baş verən atışmada ölənlərin sayı 7-yə, yaralananların sayı isə 24-ə yüksəlib.

“Report” “Bild”ə istinadən xəbər verir ki, hadisə “Yehovanın Şahidləri” dini təşkilatının mərkəzində baş verib.  

“Hamburger Morgenpost” nəşrinin məlumatına görə, yaralananlardan 7 nəfərin durumu ağırdır.

01:33

Almaniyanın Hamburq şəhərində kilsədə atışma olub.

“Report”Bild”ə istinadən xəbər verir ki, yerli vaxtla 21:00 radələrində baş verən atışmada 6 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

Bildirilib ki, hadisəni törədən şəxs və ya şəxslər olay yerindən qaçıblar. Hazırda polis onları axtarır.

Son xəbərlər

Orphus sistemi